Yuxarı

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Nəticədə piyada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb

Salyan. 1 oktyabr. REPORT.AZ/ Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Şorsulu kəndində qeydə alınıb. Belə ki, Şorsulu kənd sakini Rafət Əzizov idarə etdiyi “KaMAZ” markalı yük maşını ilə həmkəndlisi, 42 yaşlı Mətləb Fəxrəddin oğlu Zeynalovu vurub.

Nəticədə piyada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı dərhal Salyan Rayon Mərkəzi  Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Lakin Mətləb Zeynalovun vəziyyəti ağır olduğundan o, bu gün Bakıya gətirilib.

Faktla bağlı araşdırma aparılır.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi