Salyanda ölən piyada və onu vuran sürücünün şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Salyanda ölən piyada və onu vuran sürücünün şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB Ölən şəxs 65 yaşlı Göyçay rayon sakini Zabil Zabil oğlu Əlizadədir
Hadisə
7 Aprel , 2017 07:54
Salyanda ölən piyada və onu vuran sürücünün şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 6-da yolu keçərkən maşının vurması nəticəsində ölən piyadanın şəxsiyyəti müəyyənləşib.

"Report"un Aran bürosu xəbər verir ki, bu, 65 yaşlı Göyçay rayon sakini Zabil Zabil oğlu Əlizadədir.

Onu vuran sürücü isə Salyan sakini, 30 yaşlı Əliağa Rəsul oğlu Babayev olub.

***6 Aprel - 22:21

Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun avtovağzal ərazisində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil yolu keçən piyadanı vurub. Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib. Meyitin şəxsiyyəti hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi