Salyanda peyvənd pasportu olmayanlar toya buraxılmayıb

Salyanda peyvənd pasportu olmayanlar toya buraxılmayıb Salyanda şadlıq saraylarında reydlər keçirilib
Hadisə
2 Avqust , 2021 10:18
Salyanda peyvənd pasportu olmayanlar toya buraxılmayıb

Salyanda şadlıq saraylarında reydlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Report"a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə profilaktiki görüşlər keçiriblər.

Görüşlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.

Həmçinin keçirilən tədbirlər zamanı toy mərasimlərində iştirak edən şəxslərin COVID-19 pasportları da yoxlanılıb. Peyvənd olunmayan şəxslər məclislərə buraxılmayıb.

Son xəbərlər

Orphus sistemi