Salyanda ölümlə nəticələnən yol qəzası olub

Salyanda ölümlə nəticələnən yol qəzası olub Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
17 İyul , 2022 00:35
Salyanda ölümlə nəticələnən yol qəzası olub

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun Xalac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Qırxçıraq kənd sakini, 1997-ci il təvəllüdlü Baxışov Məhəmməd Adil oğlunun idarə etdiyi “Ford” markalı avtomobil hərəkətdə olarkən “Opel”lə toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi