Salyanda qoşqunun altında qalaraq ölən Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Krutas Süleymandır.
“Report”un Aran bürosunun məlumatına görə, K.Süleyman idarə etdiyi “Mersedes” markalı yük maşını ilə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən anidən qoşqunun təkəri partlayıb. Sürücü təkəri dəyişmək məqsədilə yük maşınını yolun təhlükəsiz hissəsinə çıxarıb. Bu zaman qoşqu sürüşüb və sürücü altında sıxılmış vəziyyətdə qalaraq ölüb.
Hadisə yerinə gələn FHN-nin Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən sıxılmış vəziyyətdə qalan sürücünun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Salyanda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunun altında 1 nəfər sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində qoşqunun altından 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.