Salyanda oğurladığı pulları basdıran şəxs saxlanılıb

Salyanda oğurladığı pulları basdıran şəxs saxlanılıb Salyan. 11 dekabr. REPORT.AZ/ Salyanda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. 
Hadisə
11 Dekabr , 2017 12:03
Salyanda oğurladığı pulları basdıran şəxs saxlanılıb

Salyan. 11 dekabr. REPORT.AZ/ Salyanda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Bu barədə "Report"a DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, dekabrın 9-da Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən Salyan Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini Pərvanə Nağıyevaya məxsus mənzildən 4 min manat pulun oğurlanmağı barədə məlumat daxil olub.

RPŞ-yə dəvət edilən P.Nağıyeva pulunun bir gün əvvəl Lənkəranda olduğu müddətdə oğurlandığını bildirib.

Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Həsən Qəmbərov şübhəli şəxs qismində saxlanılıb.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib. Ətrafında aparılan tədbirlərlə onun oğurladığı pulun 400 manatını yaşadığı həyətdə basdırdığı müəyyən edilib və həmin pullar maddi sübut kimi götürülüb.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi