Salyanda motosiklet su kanalına düşüb, sürücü ölüb

Salyanda motosiklet su kanalına düşüb, sürücü ölüb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
13 İyun , 2017 11:58
Salyanda motosiklet su kanalına düşüb, sürücü ölüb

Salyan. 13 iyun. REPORT.AZ/ Salyan rayonunda motosiklet suvarma kanalına düşüb, sürücü ölüb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Arbatan kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Nəsimi Xudiyev idarə etdiyi "M" markalı motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca vurub və suvarma kanalına aşıb. Nəticədə N.Xudiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi