Salyanda minik avtomobilləri toqquşub, iki nəfər xəsarət alıb

Salyanda minik avtomobilləri toqquşub, iki nəfər xəsarət alıb Salyan rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
12 Oktyabr , 2019 23:43
Salyanda minik avtomobilləri toqquşub, iki nəfər xəsarət alıb

Salyan rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Sarvan kəndində qeydə alınıb.

"VAZ-2104" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Hadisə zamanı Salyan sakini, 2004-cü il təvəllüdlü Feyzullayev Rəvan Bəhruz oğlu, Neftçala sakini, 1999-cu il təvəllüdlü Kərimov Əkrəm Əlibaba oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi