Salyanda minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb
Hadisə
- 20 oktyabr, 2016
- 14:06
Salyan. 20 oktyabr. REPORT.AZ/ Salyan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Quyçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Masallı rayon sakinləri - 31 yaşlı Vüqar Rafiq oğlu Vəliyev və 31 yaşlı Qafur Faiq oğlu Zamanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
04:44
Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna doğru gedirik
Digər ölkələr04:28
Kolumbiyada təyyarə qəzasında beş nəfər həlak olub
Digər ölkələr04:04
Sivasda itkin düşən 11 aylıq körpənin valideynləri həbs edilib
Region03:44
Kanada rəsmi olaraq Şimali Avropa hərbi alyansına üzvlük üçün müraciət edib
Digər ölkələr03:18
CENTCOM: May ayından bəri Hörmüz vasitəsilə 900 milyon barel neft daşınıb
Digər ölkələr02:50
"Mançester Yunayted" İngiltərə Liqa Kubokunda mübarizəni dayandırıb
Futbol02:20
İstanbulda LGBTİ+ dərnəklərinə qarşı əməliyyat keçirilib, 20 şübhəli həbs edilib
Region02:05
Foto
Lənkəranda qəza zamanı ölənlərdən birinin kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə01:40