Salyanda "Milli Ön" ödəmə terminalını oğurlayan şəxs tutulub

Salyanda "Milli Ön" ödəmə terminalını oğurlayan şəxs tutulub Faktla bağlı araşdırmalara davam etdirilir
Hadisə
1 Mart , 2017 12:04
Salyanda Milli Ön ödəmə terminalını oğurlayan şəxs tutulub

Salyan. 1 mart. REPORT.AZ/ Salyan rayonunda "Milli Ön" ödəmə terminalını oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

"Report"un Aran bürosunun məlumatına görə, rayonun Şorsulu kəndindəki mağazalardan birinin dam örtüyü sökülüb, orada quraşdırılan "Milli Ön" ödəmə terminalının qapısı sındırılaraq içərisində 459 manat olan kassa qutusu oğurlanıb. 

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini, əvvəllər məhkum olunmuş Sarif Alxanov tutulub.

Faktla bağlı araşdırmalara davam etdirilir.

Son xəbərlər

Orphus sistemi