Salyanda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB

Salyanda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB Salyanda baş verən yol qəzasında xəsarət alanlar var.
Hadisə
29 Mart , 2024 22:50
Salyanda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB

Salyan rayonunda mikroavtobusların toqquşması zamanı xəsarət alan yaralıların adları məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, qəza nəticəsində Salyan rayon sakinləri, 1987-ci il təvəllüdlü Qafarov Elnur Xaləddin oğlu, 1981-ci il təvəllüdlü Səmədov Samid Xəlil oğlu, 1983-cü il təvəllüdlü Eldarov Davud Əliheydər oğlu, 1983-cü il təvəllüdlü Həsənov Cəmil Əlipənah oğlu, 1977-ci il təvəllüdlü Gözəlov Adıgözəl Ataxan oğlu, 1966-cı il təvəllüdlü İbrahimov Cavad Cahangir oğlu, 1977-ci il təvəllüdlü Həsənov Şəfayət Əlipənah oğlu, 1996-cı il təvəllüdlü Rəhmanov İbrahim Telman oğlu, 1999-cu il təvəllüdlü Əliyev Cənnətalı Ülfət oğlu, 1983-cü il təvəllüdlü Əliyev Zamiq Əlixan oğlu, 2003-cü il təvəllüdlü İsmayılov İsmayıl Nəriman oğlu, 1992-ci il təvəllüdlü Cəbiyev İntiqam Musa oğlu və daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

20:38

Salyan rayonunda iki mikroavtobus toqquşub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Babazanlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı mikroavtobus “Mercedes” markalı mikroavtobusla toqquşub.

Qəza nəticəsində 1987-ci il təvəllüdlü Qafarov Elnur Xaləddin oğlu, 1981-ci il təvəllüdlü Səmədov Samid Xəlil oğlu, 1983-cü il təvəllüdlü Eldarov Davud Əliheydər oğlu, 1983-cü il təvəllüdlü Həsənov Cəmil Əlipənah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

İlkin məlumata görə, qəza nəticəsində 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Digərlərinin də şəxsiyyəti dəqiqləşdirilir.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mikroavtobuslardan biri yol tikinti şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi