Bu gün saat 12:30 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən keçən 45-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, Neftçala rayon sakini Abdulla Əsgərovun Salyan-Şirvan marşrut xətti üzrə idarə etdiyi “Mercedes” markalı, 99-SK-685 dövlət qeydiyyat nişanlı mikroavtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb, 6 nəfər sərnişinə isə ilkin tibbi yardım göstərilib.
Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Salyan rayonunun Qırxçıraq kəndi ərazisində mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, bunlar Salyan sakini, 1964-cü il təvəllüdlü Əsgərov İlqar Dursun oğlu, 2006-cı il təvəllüdlü Əsədova Aysun Elmir qızı, 1960-cı il təvəllüdlü Əzizov Telman Sabir oğlu, 1950-ci il təvəllüdlü Rəhimova Qönçə Habil qızı, 1951-ci il təvəllüdlü Mehdiyeva Südabə Allahverən qızı, 1969-cu il təvəllüdlü Qarayeva Nigar Məzahim qızı, 1957-ci il təvəllüdlü Əliyeva Qətibə Seyfulla qızı və Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Əsgərova Aysel Valeh qızıdır.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.