Salyanda baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb - YENİLƏNİB

Salyanda baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb - YENİLƏNİB Avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişin xilas edilib
Hadisə
24 İyun , 2016 08:22
Salyanda baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı. 24 iyun. REPORT.AZ/ Salyan rayonunda baş vermiş yol qəzasında xəsarət alanların kimliyi məlum olub. "Report"un bölgə müxbiri xəbər verir ki, “Kamaz” və “Mersedes” markalı yük maşınlarının toqquşması nəticəsində Lənkəran rayon sakinləri, 20 yaşlı sürücü Elvin Ədalət oğlu Qəmbərzadə, 32 yaşlı Elnur Arif oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardımdan sonra Elnur Tağıyev travmatologiya şöbəsinə yerləşdirilib, Elvin Qəmbərzadə isə ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır. 

*** 04:05

Salyan rayonunda yol qəza hadisəsi baş verib. "Report"un məlumatına görə, bu haqda Fövqəladə Hallar Nazirliyinin saytı xəbər yayıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Qızılağac kəndi ərazisində “Mercedes” və “Kamaz” markalı yük avtomobillərinin qəzaya uğraması barədə məlumat daxil olub. Dərhal nazirliyin Muğan Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 02:30-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi