Salyanda oğurluq edən şəxslər saxlanılıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Salyan şəhəri
Belə ki, sosial obyektdə kreslolar, istilik sisteminə qoşulan qızdırıcılar və digər məişət əşyaları oğurlanıb.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Salyan şəhər sakinləri - Babayev Elxan Ağasadıq oğlu və Hüseynov Ceyhun Əbülhəsən oğlu şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq zamanı Elxan Babayev və Ceyhun Hüseynovun qabaqcadan əlbir olaraq sosial obyektə girərək oradan 2 ədəd kreslo, istilik sisteminə qoşulan 2 ədəd qızdırıcı və digər məişət əşyalarını oğurladıqları məlum olub.
Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər.
Oğurlanmış məişət əşyaları maddi sübut kimi götürülərək şöbəyə gətirilib.
Faktla bağlı araşdırma aparılır.