Yuxarı
    Bağlamaq

    Salyanda Kürün səviyyəsi aşağı düşüb, bəzi nasoslar quruda qalıb - FOTO

    Suvarma işlərində ciddi çətinliklər yarana bilər

    Salyan. 2 mart. REPORT.AZ/ Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli aşağı düşüb. 

    Report”un Aran bürosu xəbər verir ki, son vaxtlar havanın qeyri-sabit keçməsinə baxmayaraq, çayın səviyyəsi son on gündə 80 santimetrə yaxın aşağı düşüb. Nəticədə çayın bir çox ərazilərində kiçik ada yaranıb, eyni zamanda bəzi su nasosları quruda qalıb. Nəticədə nasoslar tam gücü ilə işləyə bilmir. 

    Mütəxəssislərin fikrincə, çayda suyun səviyyəsi bu templə aşağı düşərsə, suvarma işlərində ciddi çətinliklər yarana bilər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi