Salyan rayonunda döyülmə hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şorsulu kəndində baş verib.
Kənd sakinləri - 1975-ci il təvəllüdlü Əliyev Telman Yusif oğlu və qardaşı, 1980-ci il təvəllüdlü Əliyev Xoşbəxt münaqişə zəminində həmkəndliləri tərəfindən döyülüblər. Müxtəlif xəsarətlər alan hər iki qardaş Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.