Salyanda iki minik maşını toqquşub, 3 nəfər xəsarət alıb

Salyanda iki minik maşını toqquşub, 3 nəfər xəsarət alıb Salyan. 12 avqust. REPORT.AZ/ Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Avqust , 2018 15:18
Salyanda iki minik maşını toqquşub, 3 nəfər xəsarət alıb

Salyan. 12 avqust. REPORT.AZ/ Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota” markalı maşınla digər minik avtomobilinin toqquşması nəticəsində Salyan şəhər sakini, 1961-ci il təvəllüdlü Mənəfov Məhəmməd Yaqub oğlu, Hacıqabul rayon sakinləri - 1956-cı il təvəllüdlü Ağarəhimov Həsən Məmməd oğlu və onun 1957-ci il təvəllüdlü həyat yoldaşı Ağarəhimova Simuzər Canı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi