Salyanda yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Salyanda yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 İyul , 2019 22:42
Salyanda yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Prado” markalı minik avtomobili hərəkətdə olarkən anidən təkəri partlayıb. Nəticədə, sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq mühafizə səddinə çırpılıb.

Qəza nəticəsində Bakı şəhər sakinləri, 1987-ci il təvəllüdlü Tahirova Kəmalə Rafael qızı, onun 1 yaşlı oğlu, həyat yoldaşı, 1981-ci il təvəllüdlü İmanov Heybət Rahim oğlu və 1990-cı iI ltəvəllüdlü Tahirli Cavid Rafael oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirlib. Həkimlərin səyinə baxmayaraq Cavid Tahirli xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.


***22:42

Salyanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Prado” markalı avtomobillə digər minik maşını toqquşub. 

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan 4 nəfər Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi