Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb

Hadisə
  • 25 avqust, 2026
  • 22:02
Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyoto" markalı avtomobil "Opel" markalı maşınla toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 1962-ci il təvəllüdlü Hüseynov Naib Məhəmməd oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.