Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobil “KamAZ” markalı yük maşının arxa hissəsinə çırpılıb, sonra minik maşını idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. Nəticədə “Hyundai”də olan Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Məmmədova Elvira Soltanəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.