Salyanda güclü külək fəsadlara səbəb olub 

Salyanda güclü külək fəsadlara səbəb olub  Salyan rayonunda əsən güclü külək bir sıra fəsadlara yol açıb.
Hadisə
455
20 Mart , 2022 17:50
Salyanda güclü külək fəsadlara səbəb olub 

Salyan rayonunda əsən güclü külək bir sıra fəsadlara yol açıb.

"Report"un Muğan bürosuna bu barədə rayon sakinləri məlumat verib.

Belə ki, bir çox yerlərdə güclü külək ağaclarl aşırıb. Həmçinin rayonun bəzi ərazilərində elektrik enerjisi kəsilib.

Hazırda rayon ərazisində güclü külək davam edir.

Qeyd edək ki, Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, ölkə üzrə ən güclü külək Salyanda qeydə alınıb, maksimal sürəti 33 m/s-ə çatıb.

Son xəbərlər

Orphus sistemi