Salyanda güclü külək bir neçə ağacı aşırıb - FOTO

Salyanda güclü külək bir neçə ağacı aşırıb - FOTO Salyan. 11 avqust. REPORT.AZ/ Salyan rayonunda güclü külək bir neçə ağacı aşırıb.
Hadisə
11 Avqust , 2018 11:54
Salyanda güclü külək bir neçə ağacı aşırıb - FOTO

Salyan. 11 avqust. REPORT.AZ/ Salyan rayonunda güclü külək bir neçə ağacı aşırıb. 

“Report”un Aran bürosu xəbər verir ki, ötən gün axşamdan başlayan güclü külək hələ də davam edir. 

Bu gün güclü küləyin təsiri nəticəsində şəhərin Heydər Əliyev küçəsində 80 il bundan öncə qrunt sularının qarşısını almaqdan ötrü əkilmiş, el arasında “Keçi buynuzu” adlanan ağac sınaraq yola düşüb. Külək həmin küçədə daha bir Eldar şamını da kökündən qopararaq aşırıb. 

Salyan rayon yaşıllaşdırma idarəsinin işçiləri ağacları budayaraq ərazidən uzaqlaşdırıb.

Son xəbərlər

Orphus sistemi