Salyanda gənc oğlan yol qəzasında ağır xəsarət aldı

Salyanda gənc oğlan yol qəzasında ağır xəsarət aldı Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
10 Fevral , 2021 07:48
Salyanda gənc oğlan yol qəzasında ağır xəsarət aldı

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1996-cı il təvəllüdlü Mirzəyev Sərxan İlqar oğlu ağır xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona müştərək travma, açıq kəllə-beyin travması və sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozları qoyulub.

S.Mirzəyevin vəziyyəti qənaətbəxş olmadığından o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi