Salyanda fermada yanğın olub, 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb - VİDEO

Hadisə
  • 11 iyun, 2025
  • 18:17
Salyanda fermada yanğın olub, 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb - VİDEO

Salyanda fermada yanğın olub, 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qardili kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, Şikarov Eyyub Bayram oğluna məxsus fermada ot tayası anidən alovlanıb. Hava küləkli olduğundan yanğının əhatə dairəsi daha da genişlənib.

Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus iki yanğınsöndürən maşın və xeyli sayda canlı qüvvə cəlb edilib.

Həsənli kənd icra nümayəndəsi bildirib ki, yanğın zamanı təsərrüfat sahibinə məxsus 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb.

Hazırda alov lokallaşdırılıb, yanğının söndürülməsi davam edir.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti