​Salyanda fermada yanğın baş verib

​Salyanda fermada yanğın baş verib Hadisə nəticəsində iribuynuzlu mal-qara tələf olub
Hadisə
14 Aprel , 2015 00:58
​Salyanda fermada yanğın baş verib

Bakı. 14 aprel. REPORT.AZ/ Salyan rayonunun Yenikənd kəndində vətəndaşa məxsus fermada yanğın olub.

"Report" xəbər verir ki, hadisə nəticəsində fermanın dam örtüyü yanıb və fermanın içərisində olan 9 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Fermanın qalan hissəsi və fermada olan 27 baş iribuynuzlu heyvan yanğından mühafizə olunub. Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi