Salyanda “Evrascon” ASC-nin maşınının qəzaya uğraması nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Salyanda “Evrascon” ASC-nin maşınının qəzaya uğraması nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub - YENİLƏNİB Ölən şəxs Qəbələdən, yaralı isə Biləsuvardandır
Hadisə
19 Noyabr , 2017 11:24
Salyanda “Evrascon” ASC-nin maşınının qəzaya uğraması nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Bakı. 19 noyabr. REPORT.AZ/ Salyanda “Evrascon” ASC-nin maşınının qəzaya uğraması nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, ölən şəxs Qəbələnin Zarağan kəndindən olan 1965-ci il təvəllüdlü Mürvət Nəsibovdur, qəza zamanı yaralanan isə 1993-cü il təvəllüdlü Biləsuvar rayon Çinarlı kənd sakini İmaməli Xeyrulla oğlu Həsənovdur.


***10:35

Salyan. 19 noyabr. REPORT.AZ/ Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində, Şirvan Milli Parkın yaxınlığında qeydə alınıb.

“Evrascon” ASC-yə (keçmiş ("Azərkörpü" ASC) məxsus avtomobil dəmir-beton dirəyə çırpılaraq aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi