Salyanda evdə yanğın olub, ana və oğlu xəsarət alıb

Salyanda evdə yanğın olub, ana və oğlu xəsarət alıb Salyanda evdə yanğın zamanı ana və oğlu yanıq xəsarətləri alıb.
Hadisə
14 Avqust , 2021 13:52
Salyanda evdə yanğın olub, ana və oğlu xəsarət alıb

Salyanda evdə yanğın zamanı ana və oğlu yanıq xəsarətləri alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün rayonun "Stansiya" adlandırılan yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin massivin sakini, 1991-ci il təvəllüdlü Salmanova Lamiyyə Əli qızı və onun övladı 2014-cü il təvəllülü Salmanov Qəmbər Ruslan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ananın vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, L.Salmanova evdə mətbəxdə yemək hazırlayarkən yanğın olub. Yanğın nəticəsində də bu olay baş verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi