Salyan rayonunda qətl hadisəsi baş verib.
Salyan rayon prokurorluğundan “Report”a verilən məlumata görə, iyunun 27-i saat 10 radələrində 1982-ci il təvəllüdlü Nuranə Əliyevanın Salyan rayonu Yenikənd kəndi ərazisində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1972-ci il təvəllüdlü Ənvər İsbəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuranə Əliyevaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ənvər İsbəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Salyan rayonunda qətl hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, ailə münaqişə zəmnində kənd saini, 1972-ci il təvəllüdlü İsbəndərov Ənvər Həbibulla oğlu həyat yoldaşı, 1982-ci il təvəllüdlü İsbəndərova Nuranə Eminəli qızını bıçaqla vuraraq qətlə yetirib.
İlkin məlumata görə, hadisəni törədəndən sonra Ə.İsgəndərov könüllü olaraq özünü polisə təslim edib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.