Salyanda daşla dolu “KaMAZ” aşıb

Salyanda daşla dolu “KaMAZ” aşıb Salyan. 19 may. REPORT.AZ/ Salyan rayonunda yük avtomobili aşıb.
Hadisə
19 May , 2018 10:06
Salyanda daşla dolu “KaMAZ” aşıb
Report

Salyan. 19 may. REPORT.AZ/ Salyan rayonunda yük avtomobili aşıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Dayıkənd kəndi ərazisində baş verib.

Belə ki, mişar daşları ilə dolu “KaMAZ” markalı maşın qarşısına çıxan “Şaqman” yük avtomobili ilə toqquşmadan yayınmaq istəyən zaman yolun kənarına aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib və mişar daşları ətrafa dağılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi