Yuxarı
    Bağlamaq

    Salyanda çayda boğulan qadının meyiti tapılıb

    Meyit qadının batdığı yerdən 1700 metr aralıda aşkar edilib

    Salyan. 7 may. REPORT.AZ/ Salyanda 3 gün əvvəl çayda boğulan qadının meyiti tapılıb.

    “Report”un Aran bürosu xəbər verir ki, Akkuşa çayında batan 50 yaşlı Məhbubə Quliyevanın meyiti batdığı yerdən 1700 metr aralıda Qızılağac kəndi ərazisində aşkar edilib.

    Qadının cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindan sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Mayın 4-də Məhbubə Quliyevanın ayaqqabısının bir tayı çayın qırağında tapıldığından onun suda boğulduğu ehtimal edilirdi.

    Faktla bağlı Salyan rayon Pokurorluğunda araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi