Salyanda canavar sakinlərə hücum edib: xəsarət alanlar var
Hadisə
- 11 iyun, 2017
- 04:34
Salyan. 11 iyun. REPORT.AZ/ Salyan rayonunda canavar sakinlərə hücum edib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəkərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakinləri, 45 yaşlı Nazlı Məmmədağa qızı Səmədova və onun qohumu, 48 yaşlı Tahirə Həbulla qızı Səmədova odun yığarkən canavarın hücumuna məruz qalıblar. Yırtıcı hər iki qadının qollarını dişləyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib.
Qadınların köməyinə yaxınlıqdakı çobanlar gəlib. Onlar canavarı öldürüblər.
Zərərçəkənlər dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanada quduzluq əleyhinə vaksin vurulduqdan və digər tibbi tədbirlər görüldükdən sonra yaralılar ambulator müalicəyə buraxılıb.
Son xəbərlər
18:51
Türkiyə meşə yanğınları ilə mübarizə üçün 14 yeni helikopter ayırıb
Region18:43
Pakistan ABŞ və İran arasında vasitəçiliyi davam etdirməyə hazır olduğunu bildirib
Digər ölkələr18:33
ABŞ və İsrailin hücumları İranın Qəşm adasındakı liman infrastrukturunu zədələyib
Region18:29
Superliqa təmsilçisi Selçuk İnanla müqavilənin müddətini uzadıb
Futbol18:27
Hərbi həkim komissiyasının sabiq rəisinin cinayət işi məhkəməyə göndərilib
Daxili siyasət18:26
Bakıda Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclası keçiriləcək
Daxili siyasət18:24
Əli Əsədov Cevdet Yılmazla görüşüb, iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Xarici siyasət18:18
BP Azərbaycan üzərindən yeni enerji dəhlizinin yaradılmasını təklif edib
Energetika18:15