Salyanda bir ay öncə itkin düşmüş kişinin meyiti tapılıb - FOTO - YENİLƏNİB

Salyanda bir ay öncə itkin düşmüş kişinin meyiti tapılıb - FOTO - YENİLƏNİB Vüqar Məhərrəmov noyabrın 26-da işləmək adı ilə evdən çıxıb və geri qayıtmayıb
Hadisə
22 Dekabr , 2017 22:31
Salyanda bir ay öncə itkin düşmüş kişinin meyiti tapılıb - FOTO - YENİLƏNİB

Salyan. 22 dekabr. REPORT.AZ/ Salyanda itkin düşmüş 45 yaşlı kişinin meyiti tapılıb.

“Report”un Aran bürosu xəbər verir ki, 45 yaşlı Kürsəngi kənd sakini Vüqar Məhərrəm oğlu Məhərrəmovun meyiti bu gün kəndin yaxınlığındakı kollektorda aşkar edilib.

İki övlad atası olan Vüqar Məhərrəmov bu il noyabrın 26-da işləmək adı ilə qonşu Yenikənd kəndinə gedərək bir daha geri qayıtmayıb. Doğmalarının dediyinə görə, o gündən bir aydan çox vaxt keçməsinə baxmayaraq Vüqar Məhərrəmovdan bir xəbər tuta bilməyiblər.


***22:03

Salyan. 22 dekabr. REPORT.AZ/ Salyan rayonunda orta yaşlı kişinin meyiti aşkarlanıb. 

"Report"un Aran bürosunun xəbərinə görə, hadisə rayonun Kürsəngi kəndi ərazisində baş verib.

Meyit bu gün səhər saatlarında kənd sakinləri tərəfindən tapılıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi