Salyanda baş vermiş yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Salyanda baş vermiş yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb Yaralılardan biri azyaşlıdır
Hadisə
7 İyun , 2017 21:31
Salyanda baş vermiş yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
Courtesy İmage

Salyan. 7 iyun. REPORT.AZ/ Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Parçaxalac kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində Şirvan şəhər sakinləri - 63 yaşlı Vilayət Musarza oğlu Həsənov, onun arvadı 58 yaşlı Cənnət İzzət qızı Həsənova və onların nəvəsi 5 yaşlı Rauf Samir oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi