Yuxarı

Salyanda baş verən yol qəzasında 3 nəfər yaralanıb

​Faktla bağlı araşdırma aparılır

Bakı. 25 noyabr. REPORT.AZ/ Salyanda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 56 yaşlı Mübariz Qabil oğlu Quliyev idarə etdiyi "Ford" markalı maşınla hərəkətdə olarkən "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Ford"un sürücüsü M.Quliyev və "Mercedes"də olan Masallı rayon sakinləri - 1969-cu il təvəllüdlü Aidə Şükür qızı Ağacanova və onun bacısı qızı, 2009-cu il təvəllüdlü Aynişan Ramil qızı Qarazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşını ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi