Salyanda baş verən yol qəzasında 1 nəfər xəsarət alıb

Salyanda baş verən yol qəzasında 1 nəfər xəsarət alıb Salyan. 22 iyul. REPORT.AZ/ Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 İyul , 2018 12:57
Salyanda baş verən yol qəzasında 1 nəfər xəsarət alıb

Salyan. 22 iyul. REPORT.AZ/ Salyanda yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Arbatan kənd sakini, 1992-ci il təvəllüdlü Babayev Röyal Rasim oğlu idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən digər avtomobillə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “Mersedes”in sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi