Salyanda avtomobillə qadını vurub qaçan şəxs saxlanıldı

Salyanda avtomobillə qadını vurub qaçan şəxs saxlanıldı Sentyabrın 22-də Salyan rayonunun Çuxanlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən kənd sakini M.Kərimova vurulub.
Hadisə
25 Sentyabr , 2020 12:10
Salyanda avtomobillə qadını vurub qaçan şəxs saxlanıldı

Sentyabrın 22-də Salyan rayonunun Çuxanlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən kənd sakini M.Kərimova vurulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınan “VAZ-2106” markalı avtomobilin sürücüsü, Seydan kənd sakini H.Fətəliyev müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi