Salyanda avtomobilin su kanalına aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub

Salyanda avtomobilin su kanalına aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub Salyanda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
8 Dekabr , 2021 23:03
Salyanda avtomobilin su kanalına aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub

Salyan rayonunda “VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq su kanalına aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, o, rayonun Sarvan kənd sakini, 1985-ci il təvəllüdlü İsmayılov Vasif Ağahüseyn oğludur.

Qeyd edək ki, rayonun Seyidsadıqlı kəndində qeydə alınan qəzada daha bir nəfər - Şorsulu kənd sakini, 1986-cı il təvəllüdlü Rzayev Alim Əzizağa oğlu xəsarət alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

22:39

Salyanda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Seyidsadıqlı kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) ölüb, rayonun Şorsulu kənd sakini, 1986-cı il təvəllüdlü Rzayev Alim Əzizağa oğlu isə xəsarət alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi