Salyanda avtomobil yolu keçmək istəyən piyadanı vurub

Salyanda avtomobil yolu keçmək istəyən piyadanı vurub Onun vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
5 Avqust , 2017 08:09
Salyanda avtomobil yolu keçmək istəyən piyadanı vurub

Salyan. 5 avqust. REPORT.AZ/ Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralında, Bayraq meydanı yaxınlığında qeydə alınıb.

Belə ki, rayonun Aşağı Noxudlu kənd sakini, 31 yaşlı Röyal Rafət oğlu Kazımov yolu keçmək istəyən zaman “Mercedes” markalı avtomobil onu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilk tibbi yardım göstərildikdən sonra, o, reanimasiya şöbəsinə yerləşdirilib. 

R.Kazımovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi