Salyanda avtomobil yaşlı qadını vurub

Salyanda avtomobil yaşlı qadını vurub Salyan. 26 avqust. REPORT.AZ/ Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
26 Avqust , 2018 09:54
Salyanda avtomobil yaşlı qadını vurub

Salyan. 26 avqust. REPORT.AZ/ Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə səhər saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, Həsənli kənd sakini, 1967-ci il təvəllüdlü Əzizov Əli Əzim oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Qardili kənd sakini, 1954-cü il təvəllüdlü Zeynalova Məleykə İgidalı qızını vurub. Nəticədə M.Zeynalova xəsarət alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi