Salyanda avtomobil piyadanı vurub

Salyanda avtomobil piyadanı vurub Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
Hadisə
11 Sentyabr , 2020 21:56
Salyanda avtomobil piyadanı vurub

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Xalac kəndində qeydə alınıb. 

Kənd sakini, 1971-ci il təvəllüdlü Məmmədov Mais Yediyar oğlu tanışı ilə söhbət edən zaman minik avtomobili onu vurub. Sürücü hadisə yerindən qaçıb. Müxtəlif xəsarətlər alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi