Salyanda avtomobil piyadanı vurub

Salyanda avtomobil piyadanı vurub Salyan. 12 oktyabr. REPORT.AZ/ Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
12 Oktyabr , 2018 20:57
Salyanda avtomobil piyadanı vurub

Salyan. 12 oktyabr. REPORT.AZ/ Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Rasim Allahşükür oğlu Yusifovu yolu keçmək istəyən zaman “VAZ-21011” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Yusifov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi