Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda avtomobil piyadanı vuraraq öldürüb Salyanda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
12 Aprel , 2024 00:00
Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Qurbanov Cavad Mehdi oğlu yolu keçmək istəyən zaman avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi