Salyanda avtomobil piyadanı vurub

Salyanda avtomobil piyadanı vurub Salyanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaraçala qəsəbəsində qeydə alınıb.
Hadisə
5 Avqust , 2019 22:18
Salyanda avtomobil piyadanı vurub

Salyanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaraçala qəsəbəsində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobil yolu keçmək istəyən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Allahvediyev Həsənağa Nüsrət oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi