Salyanda avtomobil dirəyə çırpılıb, xəsarət alan var

Salyanda avtomobil dirəyə çırpılıb, xəsarət alan var Salyan. 11 sentyabr. REPORT.AZ/ Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
11 Sentyabr , 2018 08:30
Salyanda avtomobil dirəyə çırpılıb, xəsarət alan var

Salyan. 11 sentyabr. REPORT.AZ/ Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Kürkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Jiquli" markalı avtomobilin yolun kənarındakı dirəyə çırpılması nəticəsində 1978-ci il təvəllüdlü Məmmədova Ülviyyə Səmidxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi