Salyanda avtomobil beton maneyə çırpılıb, sürücü xəsarət alıb

Salyanda avtomobil beton maneyə çırpılıb, sürücü xəsarət alıb Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Yanvar , 2020 08:38
Salyanda avtomobil beton maneyə çırpılıb, sürücü xəsarət alıb

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında “Stansiya” adlanan yaşayış massivində qeydə alınıb.

Massivin 20 Yanvar küçəsində yaşayan sürücü, 1982-ci il təvəllüdlü Tağıyev Əşrəf İsa oğlu“QAZ-031”markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı beton maneyə çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi