Salyanda avtomobil 54 yaşlı qadını vurub

Salyanda avtomobil 54 yaşlı qadını vurub Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 Sentyabr , 2020 22:23
Salyanda avtomobil 54 yaşlı qadını vurub

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Çuxanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Kərimova Mənsurə Pənah qızı yolda gedən zaman naməlum minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli xəsarətlər alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi