Bakı. 27 noyabr. REPORT.AZ/ Salyan rayonunda arvadını və 4 qızını öldürməkdə təqsirləndirilən ailə başçısı Fərhad Əliyev və onun oğlu Fəqan Əliyev barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.
"Report"un məlumatına görə, Şirvan
Şikayət hakim Rafiq Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq, polis əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib.
Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri F.Əliyev və oğlu F.Əliyev şübhəli şəxs qismində tutulublar, daha sonra onların barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs ömürlük azadlıqdan məhrum edilib.