Salyanda 68 yaşlı qadını avtomobil vurub

Salyanda 68 yaşlı qadını avtomobil vurub Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 Yanvar , 2020 22:36
Salyanda 68 yaşlı qadını avtomobil vurub

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən Salyan şəhər sakini, 1951-ci il təvəllüdlü Təsəlliyeva Svetlana Alışan qızını vurub. Nəticədə qadın sağ bud çanaq oynağından xəsarət alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi