​Salyanda 63 yaşlı kişini elektrik cərəyanı vurub

​Salyanda 63 yaşlı kişini elektrik cərəyanı vurub O, hadisə yerində dünyasını dəyişib
Hadisə
19 İyun , 2016 06:44
​Salyanda 63 yaşlı kişini elektrik cərəyanı vurub

Bakı. 19 iyun. REPORT.AZ/ Salyan rayonunda 63 yaşlı kişini elektrik cərəyanı vurub. "Report"un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Rayonun Xurşud kənd sakini, 63 yaşlı Mahir Bəxtiyar oğlu Nəsirov kənddə quraşdırılmış transformatorun açarını qaldırmaq istəyərkən onu elektrik cərəyanı vurub. Mahir Nəsirov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi