​Salyanda 54 yaşlı kişi bıçaqlanıb, vəziyyəti ağırdır

​Salyanda 54 yaşlı kişi bıçaqlanıb, vəziyyəti ağırdır Hadisəni törədənin kimliyi məlum deyil
Hadisə
17 Yanvar , 2016 20:05
​Salyanda 54 yaşlı kişi bıçaqlanıb, vəziyyəti ağırdır

Bakı. 17 yanvar. REPORT.AZ/ Salyanda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, insident rayonun 1-ci Varlı kəndində qeydə alınıb.

Kənd sakini, 54 yaşlı Asif Dərbənd oğlu Nuriyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. O, Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi